RU

"Dünyada gedən geopolitik proseslərin dünya ticarət dövriyyəsinə təsiri mənfidir” - ŞƏRH EDİLDİ

“Dünya ticarətinə daha çox təsir edən məqamlar geosiyasi proseslərdir. Hal-hazırda dünya iqtisadiyyatına geosiyasi proseslər 30 il əvvəlki ilə müqayisədə daha çevik və tez reaksiya verir. Amerika, Avropa ölkələrinin və Qərbin Rusiyaya qoyduğu sanksiyalar dünya ticarət dövriyyəsinə mühüm təsirlər buraxan bir prosesdir. Bu proses nəticəsində bir tərəfdən Rusiyanın xarici ticarət dövriyyəsi kifayət qədər azalıb, Rusiyaya idxal edilən məhsulların qiyməti isə bahalaşıb. Həmçinin dünya bazarında qazın və neftin qiyməti artıb. Neftin bahalaşmasını biz o qədər də ciddi müşahidə etmirik, amma qazın qiymətində Rusiyaya qoyulan sanksiyalardan dolayı qiymətlər kifayət qədər bahalaşıb”. Bu sözləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsindən əvvəl Rusiya ildə Avropaya 190 210 mlrd.m³ qaz ixrac edirdi: “Amma 2024-cü ilin yekunlarına görə, Rusiya Avropaya kəmərlər vasitəsilə cəmi 50 mlrd.m³ qaz ixrac edib. 2025-ci il yanvarın 1-dən Ukrayna üzərindən Avropaya qaz nəqli dayandırılıb. Bu kəmərlər vasitəsilə ildə 15 mlrd.m³ qaz ixrac edildiyini nəzərə alsaq, qabaqcadan proqnozlaşdırmaq olar ki, Rusiyanın kəmərlər vasitəsilə Avropaya qaz ixracı 2025-ci ildə ən azı 35 mlrd.m³ düşəcək. Rusiya yalnız kəmərlər vasitəsilə deyil, həm də mayeləşdirilmiş qaz ixrac edir. Son illər mayeləşdirilmiş qaz ixracı bir qədər artıb, amma bu kəmərlə qaz ixracını konpensasiya edə bilməz. Çünki burada enerji proporsiyası kiçik çənlər vasitəsilə ixrac olunur. Ona görə də bunlarl kəmərlər kimi böyük həcmdə ixrac etmək bir qədər çətindir”.

Akif Nəsirli qeyd edib ki, digər tərəfdən Rusiyada bir çox məhsulların Rusiyaya idxalı, yəni Avropa və Amerikadan sanksiyalar vasitəsilə ixrac edilməsi qadağan olunub: “Bu da Rusiyada həmin məhsulların bahalaşmasına səbəb olur. Rusiya müxtəlif sxemlərlə həmin məhsulları ölkəyə idxal edir. 3,4 bəzi hallarda isə 5-ci ölkələrdən həmin məhsullar idxal edilir, amma bunlar bir qədər baha başa gəlir.

Ermənistan Rusiyaya ötən il 6 mlrd dollarlıq çip və digər elektron sxemlər göndərib. Həmin elektron sxemləri Ermənistandanda istehsal etmirdilər. Ermənistan onu ya birbaşa Avropa ölkələrindən, ya da tranzit vasitəsilə BƏƏ yaxud Səudiyyə Ərəbistandan idxal edib. Bu da həm ölkənin idxal və ixrac əməliyyatlarında əlavə dəyərin yaradılması, həm də Ermənistan sahibkarının həmin məhsula əlavə dəyərin qoyması onun bahalaşmasına gətirib çıxarır. Yəni dünyada gedən geopolitik, geosiyasi proseslərin dünya ticarət dövriyyəsinə təsiri hazırda mənfidir”.

Müəllif: Xeyrənsə Piriyeva
Избранный
10
sia.az

1Источники