RU

Şamaxı sakini dəm qazından öldü

Şamaxıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

​​​​​​"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, hadisə fevralın 13-ü saat 19 radələrində Şamaxı rayonunun Nağaraxana kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1975-ci il təvəllüdlü Oleq Petroviç Kretinin yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.

​​​​​​"Cebheinfo.az"

Избранный
1
11
cebheinfo.az

10Источники