RU

Rüstəm Orucov: "Cüdoçularımızın "Böyük Dəbilqə"də çox medal qazanmasını gözləyirəm"

Təmsilçilərimizin çox medal qazanmasını gözləyirəm. Çünki güclü komandamız var. Son yarışlar da bunu göstərir.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq cüdoçusu Rüstəm Orucov Bakıda keçiriləcək "Böyük Dəbilqə" turniri ilə bağlı danışarkən deyib.

33 yaşlı keçmiş idmançı Milli Gimnastika Arenasında cüdoçulara dəstək olacağını bildirib:

"İdmançılarımız Yay Olimpiya Oyunları və dünya çempionatında sözlərini deyiblər. Fransanın paytaxtı Parisdə baş tutan "Böyük Dəbilqə"də də yığmamız yaxşı çıxış etdi. İndi Bakıda mübarizə aparacaqlar. Məncə, daha yaxşı çxış edəcəklər. Buna inanıram".

R.Orucov Yaponiyanın aparıcı idmançılarının paytaxtımıza gəlməsinə də toxunub:

"Onlar daha əvvəl də ölkəmizdəki turnirlərə qatılıblar. 2023-cü ildə Yaşar Nəcəfov (66 kq) finalda yaponiyalı idmançıya qalib gəlmişdi. İndi cüdoda hamı azərbaycanlı idmançılardan qorxur. Bakıda keçmiş rəqibim Şohei Ono ilə də görüşəcəyik. Mənə Bakıya gələcəyini yazıb. Yaponiyalı digər idmançılarla da artıq görüşümüz olub".

Qeyd edək ki, bu gün start götürəcək "Böyük Dəbilqə" turniri fevralın 16-da başa çatacaq. Yarışda Azərbaycanın 32 cüdoçusu mübarizə aparacaq.

Избранный
19
1
report.az

2Источники