RU

Zelenski Ukrayna olmadan sülh danışıqlarını rədd edib

Zelenski

"Əgər ABŞ və Rusiya Ukraynanın iştirakı olmadan münaqişənin sülh yolu ilə həllinə dair birbaşa danışıqlar aparsalar, Kiyev onları qəbul etməyəcək". “Ulusum”.az xəbər verir ki, “Biz Ukraynayıq” telekanalının verdiyi məlumata görə, bunu dövlət başçısı Vladimir Zelenski deyib.O, Rusiya ilə ABŞ arasında birbaşa danışıqlara nail olmaq istəyəndə hadisələrin “Vladimir Putinin planına” uyğun inkişafının qarşısını almağa çağırıb.“Biz müstəqil ölkə kimi bizsiz heç bir razılaşmanı qəbul edə bilmərik. Mən bunu tərəfdaşlarımıza çox açıq şəkildə bildirirəm. “Biz Ukrayna ilə bağlı heç bir ikitərəfli danışıqları qəbul etməyəcəyik – mən başqa mövzulardan danışmıram, onlar burada sərbəstdir – bizsiz Ukrayna üzrə heç bir ikitərəfli danışıqları qəbul etməyəcəyik”, - deyə Zelenski bildirib.Bir gün əvvəl Putin və Tramp arasında təxminən 1,5 saat davam edən telefon danışığı olub. Əsas müzakirə mövzularından biri Ukrayna münaqişəsinin həlli olub. Hər iki dövlət başçısı döyüşlərin dayandırılması ilə bağlı razılığa gəliblər və dərhal danışıqlara başlamağa razılaşıblar.Səidə

Diqqət Çəkənlər

18, 30, 50: Həyatın Əsas Yaş Böhranları

Əli Behişti ilə bağlı qərar verildi

Dəri xərçəngindən qoruyan diabet dərmanı tapıldı

Избранный
8
ulusum.az

1Источники