RU

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 3,6 faiz artıb

Naxçıvan, 14 fevral, AZƏRTAC

Cari ilin yanvar ayında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 111 milyon 631 min 700 manat təşkil edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.

Ticarət şəbəkəsində 57 milyon 267 min 100 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 54 milyon 364 min 600 manatlıq qeyri-qida məhsulları satılıb.

Избранный
12
azertag.az

1Источники