RU

Avtonəqliyyat vasitələri üzrə sığorta statistikası açıqlanıb

Bakı. Trend:

Avtonəqliyyat vasitələri üzrə ən çox sığorta müqaviləsi2009-2013-cü illərdə istehsal edilmiş nəqliyyat vasitələrininpayına düşüb. Ən çox sığorta hadisəsi 2004-2008-ci illərdə istehsaledilmiş nəqliyyat vasitələri üzrə qeydə alınıb.

Trend xəbər verir ki, bunu bugün İcbari Sığorta Bürosunun baş informasiya meneceri Anar SəmədovAzərbaycan Maliyyə Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, orta sığorta haqqı üzrə ən yüksək göstərici1999-2003-cü il istehsallı avtonəqliyyat vasitələri üzrə təşkiledib:

"Belə ki, qeyd olunan illər çərçivəsində istehsal olunanavtomobillərin orta sığorta haqqı üzrə ən yüksək göstərici 91 manatolub. 1993-cü ildən aşağı istehsal ili olan avtonəqliyyatvasitələrində 1309 manat göstərici ilə ən yüksək orta sığortaödənişi qeydə alınıb".

"36-50 yaş aralığında sığorta müqavilələrinin sayı daha çoxdur.Hadisələrin sayı da elə bu yaş qrupu üzrə daha çox baş verib. Ənçox ödənilən zərər məbləği kateqoriyası 1000 manatdan aşağı olanhissəyə aiddir.
Hadisə tezliyi üzrə ilk üçlükdə Abşeron, Sumqayıt və Bakı şəhərləriqərarlaşır", - deyə A. Səmədov qeyd edib.

Избранный
55
az.trend.az

1Источники