RU

Üç qurum Ağdamdakı hadisə ilə bağlı məlumat yaydı

Ağdam rayonunda mina hadisəsi baş verib

Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verir ki, Ağdam rayonunun əvvəllər işğal olunmamış Ayaq Qərvənd kəndi ərazisindən keçən Xaçın çayının hövzəsində 2025-ci il 14 fevral tarixində mina hadisəsi baş verib.

Ağdam rayonunun Quzanlı kənd sakini 1965-ci il təvəllüdlü Məmmədov Fayiq Ərşad oğlu idarə etdiyi "Howo" markalı yük avtomobili ilə hərəkətdə olarkən sel sularının gətirməsi ehtimal olunan piyada əleyhinə minaya düşmüş, partlayış zamanı həmin avtomobilin sol arxa çarx hissəsi zədələnmiş, hadisə nəticəsində xəsarət alan olmamışdır.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
61
28
olaylar.az

6Источники