''Qalatasaray'' bu mövsüm hər iki transfer dönəmini çox fəal keçirərək tarixinin rekord göstəricilərini yaxaladı.
''Football-plus.az'' xəbər verir ki, həm Türkiyə çempionatında, həm də Avropa Liqasında qarşısına ciddi hədəflər qoyan İstanbul nəhəngi bu mövsüm ümumilikdə reallaşdırdığı 12 transferə 61,5 milyon avro xərcləyib. Bura həm daimi transfer, həm də icarə üçün ödənilən pullar daxildi.
Bu rəqəm ''Qalatasaray''ın bir mövsüm ərzində transferlərə xərclədiyi ən yüksək məbləğ kimi tarixə düşüb! Təsadüfi deyil ki, komanda tarixinin ən bahalı transferini də məhz ötən yay 18 milyon avroya Qabriel Saranı heyətinə qatmaqla reallaşdırdı.
Əvvəlki rekord 2022/23-də qeydə alınmışdı. Həmin mövsümdə ''sarı-qırmızılar'' iki transfer dönəmində yeni oyunçulara ümumilikdə 46 milyon milyon avro xərcləmişdilər.
Bundan başqa ''Cim-Bom'' bu mövsüm oyunçu satışından 40 milyon avro qazanıb. Yəni ümumilikdə komanda iki transfer dönəmində 21,5 milyon avro ziyana düşüb. ''Sarı-qırmızılar'' bu qış transfer dönəmində də öz rekordunu yeniləyib.
Belə ki, heyətə cəlb olunan 7 futbolçu üçün ümumilikdə 27 milyon avro ödəniləcək. Buna qədər ''Qalatasaray'' heç vaxt qışda transferlərə bu qədər böyük məbləğ xərcləməmişdi. Bu qış komandanın ən bahalı transferi ''Genk''dən 8 milyon avroya alınan mərkəz müdafiəçisi Karlos Kuesta oldu.
ƏLİ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта