RU

Bəşər Əsəd Suriyada belə qaçıbmış - Oğlu yeni faktlar AÇIQLADI

Suriyanın keçmiş Prezidenti Bəşər Əsədin oğlu Hafiz Əsəd atasının ölkədən necə qaçdığını açıqlayıb.

Modern.az-ın məlumatına görə, bu barədə o, özünün sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, Bəşər Əsəd  Rusiyadan gələn məmurla görüşdən sonra ölkəni tərk edib. Əsədin oğlunun sözlərinə görə, ailəsi Suriyanı tərk etmək fikrində olsaydı, bunu ya 2012-ci, ya da 2013-cü ildə Dəməşq mühasirədə olanda və mütəmadi olaraq bombalanarkən edərdi. Hafiz Əsəd qeyd edib ki, Rusiyadan həmin şəxs gələnə qədər Prezident ailəsinin Suriyanı tərk etmək planı olmayıb, hər şey dekabrın 7-dən 8-nə keçən gecə dəyişib.

“Bizim Al-Malkidə yerləşən evimizə rusiyalı məmur gəldi və hakimiyyət qüvvələrinin döyüşlərinə nəzarət etmək üçün bir neçə günlüyə Latakiyaya köçməklə bağlı xahişi bizə çatdırdı. Dəməşqin Beynəlxalq Hava Limanında Mahir Əsəd (Bəşər Əsədin qardaşı - red.) də onlara qoşuldu. Gecə saat üçdə onlar Rusiyaya məxsus hərbi təyyarədə bu ölkənin Xmeymimdəki hərbi bazasına aparıldı. Təyyarə eniş etdikdən sonra onlar Prezidentin Bürc İslam rayonundakı iqamətgahına getməli idilər. Bu iqamətgah hava limanının 40 kilometrliyində yerləşir. Lakin sonradan iqamətgahla əlaqə yaratmaq cəhdləri uğursuz oldu, zənglərə cavab verən olmadı. Bu məqamda Bəşər Əsəd hərbçilərin döyüş meydanından geri çəkildiyi ilə bağlı məlumat aldı”, - Əsəd bildirib.

Hafiz Əsəd qeyd edib ki, gündüz saatlarında Xmeymim bazasındakı Rusiya komandanlığından ətraf ərazilərdəki vəziyyətin ciddiyyəti ilə bağlı məlumat alıblar:

“Onlar bizə bildirdilər ki, artıq bazanı tərk etmək mümkün deyil. Çünki terrorçular bütün ölkə boyunca yayılıb. Vəziyyət xaotik xarakter aldı və ölkənin hərbi rəhbərliyi ilə əlaqə kəsildi. Moskva ilə məsləhətləşmələrdən sonra bizə bildirdilər ki, Rusiyaya təxliyə edilməyimizlə bağlı sorğu göndərilib. Bir müddət keçdi və biz Moskvaya istiqamətlənən təyyarəyə mindik, gecə saatlarında isə hava limanına eniş etdik”.

Əsədin oğlu Moskvada dissetasiya müdafiə etdiyini, anası Əsmanın isə elə burada müalicə aldığını deyib.

Xatırladaq ki, noyabrın 27-də hücuma başlayan “Heyət Təhrir əl-Şam” (HTŞ) silahlı qruplaşması 12 gün ərzində paytaxt Dəməşqə çatıb. Bəşər Əsəd prezident postunu tərk edib və Suriyadan qaçıb. 

O, dekabrın 16-da devrildikdən sonra ilk dəfə açıqlama verib. B. Əsəd qeyd edib ki, vətəndaş müharibəsi və ondan sonrakı hadisələr zamanı heç vaxt istefa vermək və sığınacaq istəmək imkanını düşünməyib. O bildirib ki, dekabrın 8-i səhər tezdən - silahlı dəstələr paytaxta yaxınlaşanadək Dəməşqdə qalıb və yalnız həmin günün axşam saatlarında Suriyanı tərk edib.

“Mənim Suriyanı tərk etməyim planlaşdırılmamışdı və bəzilərinin iddia etdiyi kimi, döyüşlər gedən son saatlarda baş vermədi”, - Əsəd qeyd edib. Sabiq prezident vurğulayıb ki, o, Hmeymimdəki hərbi bazaya gedərək fəaliyyətini orada davam etdirib. "Ordu qüvvələri mövqelərini itirdikdən sonra Rusiya tərəfi hərbi bazanın rəhbərliyinə məni dərhal Moskvaya təxliyə etməklə bağlı müraciət göndərib", - o qeyd edib. Sabiq prezident bəyanatında paytaxtın yaraqlılar tərəfindən ələ keçirilməsi barədə Dəməşqdən çıxdıqdan sonra xəbər tutduğunu deyib. O, terrorçuların ələ keçirdiyi ölkədə prezident olaraq qalmağı mənasız hesab edib.

Избранный
32
16
modern.az

10Источники