RU

Qusarçay kəndində sakinlərin müraciət və təklifləri dinlənilib – FOTOLAR

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Qusarçay kəndində növbəti səyyar qəbul keçirib.
“7Times.az” xəbər verir ki,sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli bağlı görülən işlərə görə təşəkkürlərini bildirib, həmçinin elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri, su təchizatının yaxşılaşdırılması və digər müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
   
Избранный
15
7times.az

1Источники