RU

Makrondan Ukrayna açıqlaması: “Rusiya ilə danışıqlar...”

“Ukraynada müharibənin bitməsi ilə bağlı təklif olunan sülh razılaşması təslim olmaq anlamına gəlir və bu hamı üçün pis bir xəbərdir”.

“Cebheindo.az” xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "Financial Times" qəzetinə verdiyi müsahibəsində deyib.

Makron yalnız Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə danışıqlar aparmağa səlahiyyətli olduğunu vurğulayıb. 

O, Ukraynanın sülh təkliflərinin təslim olma ilə nəticələnməməsi və bu cür bir sülhün hamıya pis xəbər olacağı barədə xəbərdarlıq edib.

Makronun bunu ABŞ Prezidenti Donald Tramp "Rusiya danışıqlarda güzəştlərə getməyəcək" sözləri fonunda bildirib. 

Trampın fikrincə, Rusiya müharibə mövzusunda heç bir kompromisə getməyə bilər. Trampın bəzi təklifləri Avropada narahatlıq yaradıb, çünki Rusiya və ABŞ prezidentləri, Avropa liderlərini kənarda qoyaraq, qitənin gələcək təhlükəsizliyini həll etməyə çalışırlar.

Makron Putinlə davamlı və etibarlı atəşkəs razılaşması əldə etmək üçün Ukraynaya nəzarət etməyin vacibliyini qeyd edib.

O, yalnız bundan sonra Ukraynalıların Rusiyayla danışıqlar aparmağa başlaya biləcəyini bildirib.

Tramp bildirib ki, ABŞ və Rusiya rəsmiləri Münxendə, təhlükəsizliklə bağlı böyük konfransın keçirildiyi yerdə görüşəcəklər və Ukrayna da dəvət edilib.

Lakin Zelenskinin kommunikasiya məsələləri üzrə məsləhətçisi Dmitri Litvin bildirib ki, Münxendə ruslarla danışıqlar gözlənilmir. 

Ukrayna hesab edir ki, ABŞ, Avropa və Ukrayna birgə mövqe müəyyən etməli, sonra Moskvayla danışıqlara başlamaq lazımdır.

Избранный
60
27
cebheinfo.az

10Источники