RU

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi - SİYAHI

Böyük Britaniya Rusiya əleyhinə “qara siyahı”nı beş maddə ilə genişləndirib.

Redaktor.az xəbər verir ki, bunu Britaniya hökumətinin saytında yenilənmiş sanksiyalar siyahısı sübut edir.

Məhdudiyyətlərə Böyük Britaniyaya girişin qadağan edilməsi və aşkar edilərsə, aktivlərin dondurulması daxildir.

Məhdudiyyətlərə məruz qalan aşağıdakılardır:

sahibkar Artem Çayka;
Texniki və İxrac Nəzarəti Federal Xidmətinin direktoru Vladimir Selin;
Rusiya Federasiyası müdafiə nazirinin müavini Pavel Fradkov;
"Kirov-Enerqomaş" zavodu;
"Rosatom Additive Technologies" şirkəti.

Böyük Britaniya Nazirlər Kabinetinin saytında verilən açıqlamaya görə, Çaykanın sanksiya siyahısına daxil edilməsinə səbəb onun “Rusiya hökuməti üçün strateji əhəmiyyət kəsb edən sektorda bizneslə məşğul olan” Birinci Qeyri-Metallik Şirkətinə sahib olmasıdır. Selin və Fradkov Ukraynanın ərazi bütövlüyünə və müstəqilliyinə xələl gətirən hərəkətlərə görə qara siyahıya salınıb. “Rosatom Additive Technologies” və “Kirov-Enerqomaş” Rusiya “müdafiə sektoruna” dəstək verdiyi üçün məhdudiyyətlərə məruz qalıb.

Ümumilikdə Böyük Britaniyanın Rusiyaya qarşı sanksiyalar siyahısına 1700-dən çox fiziki və 384 hüquqi şəxs daxildir.

Turan İSMAYIL

Избранный
39
3
redaktor.az

5Источники