RU

Ukrayna Aİ-yə birgə uran, litium və titan hasilatını təklif edib

Ukrayna Avropa İttifaqına (Aİ) nadir torpaq metallarının - uran, litium və titanın birgə hasilatını təklif edib.

Bakıvaxtı.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal “Politico”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukraynanın üzvlüyünə razılıq verməklə, Aİ ölkələri təkcə sərhədlərin genişlənməsini deyil, həm də etibarlı qalxan - Ukrayna ordusunu əldə edəcəklər. D.Şmıqal qeyd edib ki, Ukrayna Aİ üçün kritik əhəmiyyətli 30 faydalı qazıntıdan 22-nə sahibdir. Xüsusilə, ölkə uran ehtiyatlarına görə Avropada birinci yerdədir.

"Biz təkcə öz enerji tələbatımızı ödəməyə deyil, həm də Aİ-də nüvə enerjisinə artan tələbat şəraitində uran ixrac etməyə qadirik", - Baş nazir əlavə edib.

Bundan əlavə, Ukrayna Avropada ən böyük litium ehtiyatlarına malikdir. D.Şmıqal qeyd edib ki, 2021-ci ildə dünyada 460 min ton litium karbonat istehlak olunub və 2030-cu ilə qədər tələbat 6 milyon tona qədər artacaq. Ukrayna Aİ-yə strateji üstünlük verəcək birgə müəssisələr yaratmağa hazırdır.

"Ukrayna titan ehtiyatlarına görə dünya liderləri arasındadır. Kəşf edilmiş ehtiyatların yalnız 10 %-i işlənilir, buna görə də biz Avropa sənayesi, o cümlədən müdafiə sektoru üçün Rusiya titanının idxalını tam əvəz edə bilərik", - Baş nazir bildirib.

Избранный
9
2
bakivaxti.az

6Источники