Roma Papası Fransisk yenidən xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Vatikanın 88 yaşlı rəhbəri səhər saatlarında xəstəxanaya yerləşdirilib.
"Ata bir sıra diaqnostik testlərdən keçməli və bronxit üçün müalicəni davam etdirməli olacaq" , - deyə məlumatda qeyd olunub.