RU

Yevlax sakinlərinin müraciətləri dinlənilib

Prezident İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri davamlı olaraq bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.

Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, bu gün – 14 fevral 2025-ci il tarixində keçirilən qəbul zamanı Yevlax və Mingəçevir şəhər sakinlərinin müraciətləri dinlənilib. 

Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri uşaqla ünsiyyət, boşanmadan sonra yaranan hüquqi problemlərin həlli, müalicə, təhsil, işlə təmin olunma və digər məsələlər yer alıb. 

Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.

Z.HÜSEYNOVA
XQ

Избранный
21
3
xalqqazeti.az

8Источники