RU

Sumqayıt da stadionun adı DƏYİŞDİRİLDİ

Yeni sponsorla müqavilə imzalayan “Sumqayıt” klubunun məşq bazasının adı dəyişdirilib.

“Sumqayıt” futbol klubu yeni sponsorluq müqaviləsi imzalayıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun mətbuat zalında təşkil olunan imza mərasimində hər iki qurumun rəhbərliyi, əməkdaşları, həmçinin digər tərəfdaş şirkətlərin nümayəndələri iştirak ediblər.

İki qurumun rəhbərliyi arasında rəsmi əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi olub. Razılaşmaya əsasən, “Sumqayıt”ın təlim-məşq bazası bundan sonra “SOCAR Polymer Arena” adlanacaq. Həmçinin həm bazada, həm də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “SOCAR Polymer” brendinin bannerləri və reklam lövhələri yerləşdiriləcək.

Избранный
80
5
medianews.az

10Источники