
ABŞ Prezidenti Donald Tramp Çinin Ukrayna böhranının həllində rol oynaya biləcəyinə inanır. O, bu barədə Hindistanın baş naziri Narendra Modi ilə Vaşinqtonda görüşündən sonra birgə mətbuat konfransında danışıb.
Reyting.az-ın məlumatına görə, Tramp deyib ki, Çin dünya səhnəsində çox vacib oyunçudur.
“Düşünürəm ki, onlar bizə Ukrayna və Rusiya arasındakı münaqişəni sona çatdırmaqda kömək edə bilərlər”, - deyən Tramp ümid edir ki, Çin, Hindistan, Rusiya, ABŞ - hamısi anlaşa bilər. "Bu, çox vacibdir", - Tramp vurğulayıb. Eyni zamanda o, COVID-19 pandemiyasından əvvəlki dövrdə Çin sədri Si Cinpinlə münasibətlərinin “çox yaxşı” inkişaf etdiyini söyləyib.
E. KAMAL