RU

Vətəndaşların 71 min manatını ələ keçirən şəxslərə hökm oxundu

Bəzi yol hərəkəti qaydalarının pozulmasına görə qanunvericilikdə sürücülük hüququnun məhdudlaşdırılması halları nəzərdə tutulub. Avtosfer.az xəbər verir ki, bu cəza 1 ildən artıq deyilsə, sürücü müddət başa çatdıqdan sonra əlavə imtahan vermədən nəqliyyat vasitəsini idarə edə bilər. Lakin məhdudlaşdırılma 1 ildən artıq müddətə tətbiq olunduqda, sürücünün yenidən təcrübi imtahan verməsi tələb olunur. Bu zaman nəzəri biliklərin yoxlanılması nəzərdə tutulmur, yalnız sürücülük vərdişləri sınaqdan keçirilir.
Təcrübədə bir çox sürücü nəqliyyat vasitəsini idarəetmə hüququ məhdudlaşdırıldıqdan sonra mühüm bir qaydanı pozur: vəsiqəni vaxtında aidiyyəti orqana təqdim etmirlər.
Qeyd edək ki, vəsiqəni təhvil verməmək – vaxtın hesablanmamasına səbəb olur
Qanunvericiliyə əsasən, məhkəmə tərəfindən sürücülük hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edildikdən sonra sürücü 3 iş günü ərzində vəsiqəsini Dövlət Yol Polisi (DYP) orqanına təhvil verməlidir. Yol Patrul Xidməti Haqqında Təlimatın 9.6-cı bəndində açıq şəkildə göstərilir ki, yalnız vəsiqə təhvil verildikdən sonra məhdudlaşdırılma müddətinin hesablanmasına başlanılır.
Lakin təcrübədə bəzi sürücülər vəsiqəni özlərində saxlayır və elə düşünürlər ki, məhdudlaşdırılma müddəti avtomatik olaraq hesablanır. Nəticədə, həmin tarixin başa çatdığını zənn edən sürücü sükan arxasına keçəndə məlum olur ki, vəsiqəni təhvil vermədiyi üçün müddət hələ başlamayıb. Bu da əlavə inzibati problemlər yaradır və yenidən qanun pozuntusuna səbəb olur.

Bəs sürücülük hüququ məhdudlaşdırılmış şəxsin vəsiqəsi itdikdə nə etməlidir?

Əgər sürücü vəsiqəsini itiribsə, bu barədə mütləq DYP-yə rəsmi ərizə ilə məlumat verməlidir. Məhz bu ərizə təqdim edildikdən sonra mərkəzi informasiya sistemində müvafiq qeyd aparılır və həmin tarixdən etibarən məhdudlaşdırılma müddətinin hesablanmasına başlanılır.

 

Nərmin

Избранный
11
avtosfer.az

1Источники