RU

İtaliya klubu Poqbadan imtina etdi

Fransalı yarımmüdafiəçi Pol Poqbanın “Fiorentina”ya keçidi baş tutmayıb.

Futbolpress.az xəbər verir ki, “bənövşəyilər” futbolçu ilə danışıqlar aparıb, lakin onun fiziki durumu müqavilə imzalamağa mane olub. “Fiorentina” bu səbəbdən onun transferindən imtina edib.

Poqbanın son ünvanı “Yuventus” olub. O, qanında dopinq aşkarlandığı üçün ötən ilin fevralında 18 aylıq diskvalifikasiya edilmişdi. O, yanvardan məşqləri bərpa edib.

Избранный
32
futbolpress.az

1Источники