RU

Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının2025-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətəçağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularınınehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Trend xəbərverir ki, sərəncama əsasən, 2007-ci ildə doğulmuş və çağırışgününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə1995–2006-cı illərdə doğulmuş, yaşı 30-dək olan, AzərbaycanRespublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətkeçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququolmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azadedilməmiş Azərbaycan Respublikası vətəndaşları 2025-ci il aprelin1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan RespublikasıQanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətinikeçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2025-ci ilaprelin 1-dən 30-dək ehtiyata buraxılırlar.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamınicrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərigörməlidir.

Избранный
9
49
az.trend.az

10Источники