RU

Sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı YENİ TƏKLİF- AÇIQLAMA

"23 dekabr 2024-cü il tarixində imzalanmış sənədə əsasən, Azərbaycanda sosial müavinətlərin və təqaüdlərin artırılması nəzərdə tutulur. Həmin sənədə uyğun olaraq, dövlət başçısı Nazirlər Kabinetinə üç ay müddətində təkliflərin hazırlanmasını tapşırıb. Bu müddətin sonunda Nazirlər Kabineti hazırladığı təklifləri dövlət başçısına təqdim etməlidir."

Millət Vəkili Vüqar Bayramov bunu News365.az-a açıqlamasında deyib. 

"Artıq Nazirlər Kabineti tərəfindən müvafiq təkliflərin hazırlanması prosesi həyata keçirilir və gözlənilir ki, növbəti ayın ikinci yarısında bu təkliflər dövlət başçısına təqdim olunacaq. Daha sonra sənəd imzalandıqdan sonra sosial müavinətlərin və təqaüdlərin artırılması prosesi baş tutacaq. Təxmin edilir ki, bu artım təqribən 800 min vətəndaşı əhatə edəcək.

Hazırda müxtəlif sosial müavinət və təqaüdlərin artırılması məsələləri müzakirə olunur. Nazirlər Kabineti tərəfindən təkliflər təqdim edildikdən sonra hansı sosial müavinətlərin nə qədər artırılacağı ilə bağlı dəqiq məlumatlar açıqlanacaq. Vətəndaşlara ödənilən sosial müavinətlərin bir hissəsi ailə sosial müavinətləri ilə bağlıdır və bu sahədə də müəyyən təkliflər hazırlanıb.

Növbəti ayın ikinci yarısında Nazirlər Kabineti tərəfindən təkliflər təqdim olunduqdan sonra təkcə bu müavinətlər deyil, digər sosial ödənişlər üzrə də hansı artımların ediləcəyi və artım faizləri barədə ətraflı məlumat verilməsi mümkün olacaq."

Избранный
41
news365.az

1Источники