1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-nin Texas ştatındakı San-Antonio zooloji parkı 14 fevral - Sevgililər Günü münasibətilə maraqlı aksiya keçirir.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, tədbir tənha və qəlbiqırıq insanlar üçün nəzərdə tutulub.
Aksiya keçmiş sevgililərinə nifrət hissi duyan insanları cəlb edir. Belə ki, onlar aksiya çərçivəsində qəlblərini qıran keçmiş sevgililərinin adlarını tarakana, siçana və ya tərəvəzə verir, sonra isə onları zooloji parkdakı ac heyvana yedirirlər. Bu yolla onlar keçmiş sevgililərinə qarşı hirslərini bir növ soyudurlar.
Zooloji parkın sözçüsü Sayl Perüz aksiyanın 2020-ci ildən etibarən keçirildiyini qeyd edib. O, zooparkın bu minvalla ianə topladığını da vurğulayıb.
Belə ki, keçmiş sevgililərin adlarının verildiyi heyvanların seçilməsi ödənişli əsasdadır. Sözçü 2000-ci ildən bəri bu yolla 250 min dollar ianə yığıldığını da diqqətə çatdırıb.