RU

İstedadlı gənc futbolçu zədə alaraq beyin ölümü keçirdi

Çinin “Beytszin Qoan” klubunun 18 yaşlı çinli müdafiəçisi Qo Szyasyuan faciəvi aqibətlə üzləşərək beyin ölümü keçirib.

Arena.az bu barədə “South China Morning Post” dərgisinə istinadən məlumat verir.

Szyasyuan Madriddə “Alkobendas” komandası ilə yoldaşlıq oyununda ağır zədələnib. Huşsuz halda dərhal xəstəxanaya təxliyə edilmiş Szyasyuan, bədəninin həyati vacib funksiyalarının davam etdirilməsi məqsədilə süni həyat dəstəyi aparatına qoşulub. Bioloji olaraq sağ olan Szyasyuanın beyni fəaliyyət göstərmir.

Mənbənin məlumatına görə, təcili xəstəxanaya yerləşdirildikdən sonra futbolçuda bol daxili qanaxma aşkar edilib, bu isə orqanizmin bərpa imkanını demək olar təmin etmir.

Vurğulanır ki, İspaniyada futbolçunun süni həyat dəstəyi aparatından ayrılması məsələsi də qaldırılıb. Bununla belə, Szyasyuan ailəsi, “Beytszin Qoan” klubun rəhbərliyini və Çin Futbol Assosiasiyasını (CFA) futbolçunun İspaniyada müalicə etdirilməsinin və Çinə aparılmasının nəqliyyat xərclərini ödəməyə razı sala bilib.

Qo Szyasyuan 2023-cü ildən “Beytszin Qoan”da çıxış edirdi. Szyasyuan həmçinin Çinin yeniyetmələrdən ibarət U-17 yığmasına da cəlb edilib. 2023-cü ildə Szyasyuan ən istedadlı gənc futbolçu kimi “Bayern”də təcrübə keçib.

Избранный
42
arena.az

1Источники