RU

Məhəmməd Salah Səudiyyə Ərəbistanından istifadə edir?

Səudiyyə Ərəbistanında hesab edirlər ki, “Liverpul”un misirli ulduz hücumçusu Məhəmməd Salah yaxın vaxtlarda “qırmzılar”dan ayrılmayacaq.

Arena.az “i Paper” dərgisinə istinadən məlumat verir ki, Səudiyyə Ərəbistanı Peşəkar Liqasının baş məsləhətçilərindən biri, ərəb ölkəsinin, Salahın “Liverpul”la yeni müqaviləsi məsələsində bir vasitə olduğu qənaətindədir:

“Belə bir duyğu var ki, bizdən, futbolçunun yeni müqaviəlsi ilə bağlı məsələdə istifadə edirlər. Biz onunla müqavilə imzalamaq istəyirik – bu, sirr deyil. Amma onun, müvafiq seçimi baxışdan keçirməsi məsələsində getdikcə daha az cəhətlər gözə çarpır. “Liverpul” cari mövsümdə əla haldadır, o isə beş il əvvəl olduğu kimi, yenə də qollar vurur”, deyə adı açqlanmayan mütəxəssis qənaətini əsaslandırıb.

Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkib.

Salahın “Liverpul”la müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Misirli futbolçunun cari mövsümün sonunda İngiltərə klubundan ayrılması gözlənilir.

Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 27 qol vurub, 19 məhsuldar ötürmə verib.

Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 384 oyun, 238 qol, 107 məhsuldar ötürmədən ibarətdir.

Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.
Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 58 qol vurub və 33 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı misirli hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Избранный
89
1
arena.az

4Источники