RU

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk günü iki medalla başa vurdular

Azərbaycan cüdoçuları Bakıda keçirilən keçirilən "Böyük Dəbilqə" turnirinin ilk gününü iki medalla başa vurublar.

Yenisabah.az xəbər verir ki, Əhməd Yusifovun (60 kq) ardınca Elşən Əsədov (66 kq) da üçüncü yer uğrunda qarşılaşmada qələbə qazanıb.

O, özbəkistanlı Azizbek Ortıkovla görüşdə qalib gələrək bürünc medala yiyələnib.

Daha əvvəl Balabəy Ağayev (60 kq) bürünc mükafat uğrunda qarşılaşmada belçikalı Jorre Verstraetenə uduzub.

Qeyd edək ki, turnir fevralın 16-da başa çatacaq. Azərbaycan yarışda 32 idmançı ilə təmsil olunur.


Telegram kanalımız
Избранный
62
8
yenisabah.az

10Источники