İstanbulda 2 cinayət təşkilatına qarşı keçirilən əməliyyatlarda 128 nəfər saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
O qeyd edib ki, 2 mütəşəkkil cinayət qrupuna qarşı 2 həftə davam edən əməliyyatlarda bu gün tutulan 42 şübhəli də daxil olmaqla, ümumilikdə 128 nəfər saxlanılıb. .
Nazir onlardan 21 ədəd sənədsiz tapança, 2 ədəd "AK-47" uzun lüləli silah, 2 ədəd Utaş" avtomat tapança, 1 ədəd ov tüfəngi, 27 maqazin və tapança mexanizmləri, külli miqdarda narkotik maddə və cinayətdə istifadə edilən oğurlanmış bir vasitə, oğurlanmış bir motosiklet, güllə keçirməyən motosiklet dəbilqələrinin götürüldüyünü açıqlayıb.