RU

Alsu keçmiş ərinə onu Azərbaycanla tanış etdiyi üçün təşəkkür etdi

Məşhur rus müğənni Alsunun Bakı Konqres Mərkəzində konserti baş tutub. 

OLAY-ın məlumatına görə, o, tədbir zamanı keçmiş həyat yoldaşından söz açıb:

“Bakı ilə bağlı çoxlu xoş xatirələrim var. Buna görə keçmiş ərimə təşəkkürlər... Düzünü desəm, əsl bakılıların kim olduğunu mənə göstərdiyi üçün ona təşəkkümü bildirirəm. Və zaman keçdikcə başa düşdüm ki, bu, həqiqətən də belədir. Özünüzü alqışlayın. Siz gözəlsiniz, qonaqpərvərsiniz. Mənə elə gəlir ki... Dünən restoranda... Sanki - hamı mənim ailəmdi. Burada çox isti və rahatdır. Mən həmişə burada sevgi ilə əhatə olunmuşam. Hamı yanıma gəlir və şəkil çəkdirmək istəyir. Çox isti sözlər deyirlər. Ümid edirəm ki, bir-birimizi daha tez-tez görəcəyik. Mən həqiqətən ümid edirəm”.

Qeyd edək ki, Alsu Bakıda doğulan yəhudi əsilli iş adamı Yan Abramovla evli idi.

Избранный
21
1
olay.az

2Источники