RU

Ermənilər hansı terror təşkilatlarını Qarabağda əməliyyatlara cəlb ediblər?

Təcavüzkar müharibəyə hazırlıq məqsədilə Vartanov Vladimir (Vova) Levanoviç yaratdığı “VoMa” adlı terror təşkilatının, habelə Fransa, Livan, Suriya Ərəb respublikaları, Rusiya Federasiyası və digər ölkələrin erməniəsilli vətəndaşların və müxtəlif terror təşkilatlarının üzvlərinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində silah-sursatlarla təmin edilməklə onlara qanunsuz silahlı hərbi təlimlər keçirilib.

Publika.az xəbər verir ki, bu barədə dövlət ittihamçısı Təranə Məmmədova sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində bildirib

Qeyd edib ki, “ASALA” terror təşkilatı, “PKK-PYD-YPG” terror təşkilatları, Fransa Respublikasının “Zouaves Paris” (ZVP) qruplaşması, “Daşnaksütyun” partiyasının, “Qara Pantera” hərbi qruplaşmasının və digər təşkilatların üzvləri də daxil olmaqla 2 min nəfərdən artıq xarici ölkə vətəndaşlarının Azərbaycana qarşı başlanılmış təcavüzkar müharibədə daha təcrübəli döyüşçü kimi iştirakını təşkil etmək üçün Ermənistan Respublikasının ərazisindən işğal altında saxlanılan Laçın dəhlizindən istifadə edilməklə Azərbaycan Respublikasının Xankəndi və Şuşa şəhərlərinə, Kəlbəcər, Xocavənd və digər yaşayış məntəqələrinə gəlmələri və Azərbaycana qarşı apardıqları hərbi əməliyyatlarda iştirak etmələri təmin edilib.

Bundan sonra çıxış edən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi Nəsir Bayramov və döv təcavüzkar müharibə gedişində ərazilərin minalanması, mina partlayışı yolu ilə təcavüzün davam etdirilməsi faktlarını elan edərək bildirib ki, Azərbaycan Respublikasının işğal olunmuş suveren ərazilərinin 1,1 milyon hektardan artıq sahəsi 1 milyondan artıq tank və piyada əleyhinə minalarla, eləcə də, digər partlamamış hərbi sursatlarla çirkləndirilib.

Избранный
76
18
publika.az

10Источники