RU

“Azərreyl”dən qələbə

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI tura start verilib.

Futbolpress.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub. Əvvəlcə “Azərreyl” “Milli Aviasiya Akademiyası”nı 3:1 hesabı ilə məğlub edib. Ardınca isə “Murov Az Terminal” UNEC-i 3:0 hesabı ilə üstələyib.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.

XI tura sabah baş tutacaq “Gəncə” – “Abşeron” görüşü ilə yekun vurulacaq. Qarşılaşma Gəncə İdman Sarayında reallaşacaq.

Избранный
20
1
futbolpress.az

2Источники