RU

Ozan Güvenə 11 il həbs istənildi

Keçmiş sevgilisi Deniz Bulutsuza qarşı zorakılıq tətbiq etdiyi iddia edilən aktyor Ozan Güvenin mühakimə olunduğu işlə bağlı prokuror münasibətini açıqlayıb.

Ölkə.az Lent.az-a istinadən xəbər verir ki, prokuror Güvenin "zorla, hədə-qorxu ilə və ya aldatma yolu ilə azadlıqdan məhrum etmə" və "silahla qəsdən yaralama" maddəsi ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dəniz Bulutsuz üçün "sadə yaralama" cinayətindən 4 aydan 1 ilə qədər həbs cəzası tələb olunub.

Deniz Bulutsuz və Ozan Güvenin bir-birlərindən şikayət etdikləri işin iclası İstanbul 58-ci Cəza Məhkəməsində davam etdirilib .

İclasda tərəflərin vəkilləri iştirak ediblər. Prokurorun rəyi ilə aktyorun "qəsdən xəsarət yetirmə" və "azadlığından məhrum etmə" cinayətlərinə görə 3 il 6 aydan 11 il 6 aya qədər azadlıqdan məhrum edilməsi, təhqir cinayətindən isə bəraət almasını istəyib. Bulutsuzun isə “sadə yaralama” cinayətinə görə 4 aydan 1 ilə qədər həbsə məhkum edilməsi istənilib.

Избранный
25
3
olke.az

4Источники