RU

Sevil Mikayılova Nyu-Yorkda BMT dinləmələrində çıxış edib (FOTO/VİDEO)

Bakı. Trend:

Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandanvitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova fevralın14-də IPU-nun Nyu-Yorkda “Dayanıqlı İnkişaf Məqsədləriningenişləndirilməsi: maliyyə, institutlar və siyasət” mövzusundaBMT-də keçirilən parlament dinləmələrində çıxış edib.

Trend xəbərverir ki, dinləmələr çərçivəsində keçirilən “İnkişaf üçünƏməkdaşlıq və Dayanıqlı İnkişaf Məqsədləri (DİM): Yardımınsəmərəliliyinin maksimuma çatdırılması” mövzusunda müzakirələrdəiştirak edərək, S.Mikayılova qeyd edib ki, DİM-lərə nail olmaq üzrəyardımın səmərəliliyinin artırılması üçün beynəlxalq maliyyəinstitutlarının fəal roluna ehtiyac var.

"Dayanıqlı İnkişaf Məqsədləri 2030-cu ilə qədər onlara nailolmaq məqsədi ilə 2015-ci ildə qəbul edilib. Bununla belə, bumüddətin yarısında irəliləyiş cüzi olaraq qalır, həll edilməyənproblemlər isə həm konsolidasiya, həm də maliyyələşdirmə baxımındanəhəmiyyətli qlobal səylər tələb edir. DİM-lərə nail olmaqdaçətinliklər əsasən dəyişən makroiqtisadi şəraitlə bağlıdır, çünkibugünkü dünya 10 il əvvəl planlaşdırılandan çox fərqlidir. Eynizamanda, məhz böhranlararası dövrdə (2010-2019-cu illər) qlobalinkişaf gündəliyi formalaşdırılıb və onun həyata keçirilməsi üçünçərçivə yaradılıb", - S.Mikayılova bildirib.

O vurğulayıb ki, inkişafa rəsmi yardım (İRY) və digər xariciyardım mənbələri bir sıra inkişaf etməkdə olan ölkələrdə DİM-lərənail olmaq üçün əsas maliyyə alətləridir.

"Bununla belə, İRY qeyri-mütənasib şəkildə bölüşdürülərək,inkişaf etməkdə olan ölkələrdə ictimai rifaha dəstək vəinfrastruktur xərcləri kimi əsas ehtiyacların ödənilməsi əvəzinə,ilk növbədə humanitar yardım və qaçqınların xərclərinə, eləcə dəiqlim dəyişikliyinin təsirinin azaldılmasına yönəldilir. Üstəlik,DİM-lərin həyata keçirilməsini sürətləndirmək məqsədilə inkişafetməkdə olan ölkələri lazımi maliyyə və texnologiya ilə təmin etməküçün kollektiv səylərin göstərilməsi vacib olsa da, geosiyasigərginlik və baş qaldıran millətçilik beynəlxalq əməkdaşlığa vəkoordinasiyaya mane olur", - deputat bildirib.

S.Mikayılova qeyd edib ki, Azərbaycan beynəlxalq maliyyəinstitutları ilə bu sahədə səmərəli əməkdaşlıq edir.

"Məmnuniyyətlə qeyd edirik ki, Azərbaycanın “yaşıl gündəliyi”beynəlxalq maliyyə institutları tərəfindən dəstəklənir. Xüsusilə,Dünya Bankı Qrupu Azərbaycanla ölkədə təmiz enerjinin inkişafınaönəm verən yeni Ölkə Tərəfdaşlığı Çərçivəsini (CPF) qəbul edib", -deputat əlavə edib.

Qeyd edək ki, Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandanvitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova və MilliMəclisin deputatı Soltan Məmmədov Parlament Spikerlərinin 6-cıDünya Konfransının, Qadın Parlament Spikerlərinin 15-ci Sammitinintəşkilat komitələrinin iclaslarında və BMT-də parlamentdinləmələrində iştirak etmək üçün Nyu-Yorkda səfərdədirlər.

60-dan çox ölkədən parlamentarilər, məsləhətçi və ekspertlərdaxil olmaqla 300-ə yaxın iştirakçının qatıldığı dinləmədəDayanıqlı İnkişaf üzrə 2030 gündəliyini yenidən işə salmağınyolları ətraflı nəzərdən keçirilir, bu sahədə parlamentlərin rolubarədə fikir mübadiləsi aparılır.

Deputatların Nyu-York səfəri fevralın 16-da başa çatacaq.

Sevil
Sevil
Sevil
Sevil
Sevil
Sevil
Sevil
Məqalədə:
Избранный
42
4
az.trend.az

5Источники