Azərbaycan taekvondo yığması G-2 kateqoriyalı 12-ci Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) uğurlu çıxışını davam etdirir.
Apasport.az xəbər verir ki, Türkiyənin Antalya şəhərində keçirilən yarışda gənc oğlanların mübarizəsində millimiz 5 medal qazanıb.
Komandamızın heyətində Mehdi Budaqlı (45 kq) və Ziya Həsənli (63 kq) qızıl, Fuad Məhərrəmli (59 kq) gümüş, Yunis Hüseynovla (73 kq) Allahverdi Məmmədov (+78 kq) isə bürünc medallara layiq görülüblər.
Qeyd edək ki, dünən gənc qızlar arasında taekvondoçumuz Humay Dadaşova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.
Taekvondoçumuz Türkiyə Açıq beynəlxalq turnirində bürünc medal qazanıb
Taekvondoçumuz Türkiyədə gümüş medal qazanıb
Taekvondoçularımız beynəlxalq turnirdə
Parataekvondoçumuz Türkiyədə bürünc qazanıb
Taekvondoçumuz dünya reytinqindəki yerini qoruyub