RU

Almaniyanın müdafiə naziri ABŞ-nin vitse- prezidentini tənqid edib

Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Avropa rejimlərini avtokratiyalarla müqayisə etməsini qəbuledilməz adlandırıb.

“Report” xəbər verir ki, o, bu barədə Münhen Təhlükəsizlik Konfransında çıxışında deyib.

“O (Vans – Qeyd) demokratiyanı məhv etməkdən danışıb. Əgər mən onu düzgün başa düşdümsə, o, Avropanın bəzi yerlərindəki vəziyyəti avtoritar rejimlərlə müqayisə edib. Xanımlar və cənablar, bu qəbuledilməzdir!” - Pistorius vurğulayıb.

Bundan əvvəl Vens bildirib ki, avropalılar nəzarətsiz miqrasiyaya qarşıdırlar, lakin onların rəyi nəzərə alınmır. Onun sözlərinə görə, Avropa öz siyasi kursunu dəyişməlidir.

Amerikalı iş adamı İlon Mask daha əvvəl bəyan edib ki, Almaniyada hakimiyyətə gələn yalnız “Almaniya üçün Alternativ” (AfD) partiyası ölkəni xilas edə bilər.

Избранный
47
1
report.az

10Источники