RU

Premyer Liqa: “Zirə” 17 oyundur uduzmadığı “Sumqayıt”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 23-cü turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun açılış oyununda “Sumqayıt” və “Zirə” komandaları üz-üzə gələcəklər. Sumqayıtda baş tutacaq turun açılış oyununu Kamal Umudlu idarə edəcək.

“Sumqayıt”la “Zirə” milli çempionatda 38-ci dəfə qarşılaşacaqlar. Əvvəlki 37 oyunda sumqayıtlılar 6, zirəlilər 20 qələbə qazanıblar, 11 görüşdə qalib müəyyənləşməyib. “Zirə” 17 oyundur bu rəqibinə uduzmur. “Sumqayıt” son 8 ev matçında qol vurmayıb.

Ötən turda xalsız qalmış komandaların duelinə maraq böyükdür. Xüsusilə də “Sumqayıt” son beş oyununda qələbə qazanmayıb. Vaqif Cavadovun komandası bu görüşlərdə 2 məğlubiyyətə üzülüb, 3 heç-heçə edib.

“Zirə” hazırda 39 xalla 3-cü, “Sumqayıt” isə 22 xalla 7-ci sırada yer alır.

Premyer Liqa
23-cü tur
15 fevral

“Sumqayıt” – “Zirə”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

16 fevral

“Turan Tovuz” – “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabbarov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu, 16:00.

“Neftçi” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Neftçi Arena”, 19:00.

17 fevral

“Kəpəz” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Tovuz şəhər stadionu, 16:00.

“Səbail” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”, 19:00.

Избранный
41
1
arena.az

3Источники