Bu gün Misli Premyer Liqasında 23-cü tura start veriləcək.
İdmanxeber.az xəbər verir ki, ilk gündə bir matç keçiriləcək. Turun açılış oyununda “Sumqayıt” öz meydanında “Zirə”ni qəbul edəcək.
Hazırda “Zirə” 39 xalla üçüncü, “Sumqayıt” isə 22 xalla yeddinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları fevralın 16-sı və 17-də keçiriləcək.
Misli Premyer Liqası
3-cü dövrə, 23-cü tur
15 fevral
19:00. “Sumqayıt” – “Zirə”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Namiq Hüseynov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu