Yeddilik Qrupunun (G7 – Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) xarici işlər nazirlərinin növbəti görüşü 12-14 mart tarixləri arasında Kanadada keçiriləcək.
Viral.az xəbər verir ki, bu barədə Yeddilik Qrupunun xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün yekunlarına dair bəyanatda deyilir.
“Böyük yeddiliyin xarici işlər nazirləri martın 12-dən 14-dək Kanadanın Kvebek ştatının Şarlevua şəhərində görüşməyi səbirsizliklə gözləyirlər”, – sənəddə deyilir.
Son Yazılar:
- G7 xarici işlər nazirlərinin növbəti görüş yeri və tarixi AÇIQLANDI
- Afrika İttifaqına yeni rəhbər seçildi
- İsveçin Uppsala şəhərində yüzdən çox avtomobil TOQQUŞDU
Qeyd edək ki, 2025-ci ildə G7-yə Kanada sədrlik edir. Şarlevua şəhəri 2018-ci ildə G7 sammitinə ev sahibliyi edib.