RU

DİM fevralın 16-da dövlət qulluğu imtahanlarını keçirir

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da inzibati rəhbərvəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BBvəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davametdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin Bnövünə aid BB vəzifə altqrupuna uyğun qəbul imtahanı keçirəcək.

DİM-dən Trend-əverilən məlumata görə, BB vəzifə altqrupu üzrə test imtahanıelektron qaydada təşkil ediləcək və imtahan vermək üçün 812 namizədqeydiyyatdan keçib. İmtahan saat 11:00-da başlayacaq və saat10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaq.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahandaAB qrupu üzrə 2, AC qrupu üzrə 6, BA qrupu üzrə 38, BB qrupu üzrəisə 73 olmaqla, ümumilikdə 119 namizəd iştirak edəcək. Bu imtahansaat 16:00-da elektron qaydada keçiriləcək və 2 saat 30 dəqiqədavam edəcək. İmtahan saat 15:45-dən sonra gələn namizədlər dəqəbul olunmayacaq.

İmtahanın təşkilinə 10 imtahan rəhbəri, 55 nəzarətçi və 11buraxılış rejimi əməkdaşı ayrılıb. Namizədlər imtahana şəxsiyyətinitəsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi iləgəlməlidirlər.

Избранный
25
42
az.trend.az

10Источники