RU

Azərbaycan XİN: Abxaziyada keçirilən qondarma seçkiləri tanımırıq...

Azərbaycan Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma prezident seçkilərini tanımır...

Poliqon xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Azərbaycan Respublikası Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 15 fevral 2025-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkisi”ni, həmçinin onun nəticələrini tanımır.

Azərbaycan Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin tərəfdarıdır”, deyə sənəddə qeyd olunur.

Poliqon.info

Избранный
91
34
poliqon.info

10Источники