"Real"ın futbolçusu Cud Bellinqem 12 oyunluq cəzalana bilər.
QOL.az xəbər verir ki, La Liqanın 24-cü turunda "Osasuna" ilə matçda (1:1) baş hakimi təhqir edən ingiltərəli hücumçu birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
"Marca"nın məlumatına görə, bu səbəbdən futbolçu ağır cəza ilə üz-üzədir. La Liqa qaydalarına əsasən, baş hakimi təhqir edən futbolçu 4 oyundan 12 matça qədər diskvalifikasiya ilə üzləşə bilər.
Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsü "Real"da 33 oyunda 11 qol vurub, 10 qol ötürməsi edib.