Fevralın 16-da saat 03:00 radələrində Bakı-Qazax magistralının Ucar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 22 nəfər (7-si qadın cinsli, 15-i kişi cinsli olmaqla) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya edilib.
Viral.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Xəsarət alanlardan 1-i 2020-ci il təvəllüdlü azyaşlıdır.
Son Yazılar:
- Yol qəzasında xəsarət alanların vəziyyəti AÇIQLANDI
- Tramp istəsə, istənilən vaxt Rusiyaya gələ bilər
- AZAL bu istiqamət üzrə reysləri bərpa ETDİ
Qeyd edilib ki, bədənin müxtəlif nahiyələrinin sınığı, əzilməsi, qarın boşluğu orqanlarının əzilməsi və sair diaqnozlar qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Həmin şəxslərdən 7 nəfərinin müalicəsi hazırda xəstəxanada stasionar şəraitdə davam etdirilir. 15 nəfər ambulator müalicə üçün evə buraxılıb.