RU

Qurban Qurbanov: “Belə qələbələrin başqa dəyəri var”

“Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət əldə etdilər. Azlıqda qaldıqdan sonra futbolçuların xarakteri üzə çıxır. Uduzmaq istəmirdilər. Meydandakı mübarizədən görünürdü. Sonda qalibiyyət oldu. Yaxşı, baxımlı oyun getdi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Yaxşı futbol ab-havası var idi. “Neftçi”yə uğurlar arzu edirəm”.

Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXIII turunun “Neftçi” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, müdafiəçi Kevin Medinanın 22-ci dəqiqədə qırmızı vərəqə almasına da münasibət bildirib: “Belə oyunlarda bu cür sərt hərəkətlər etmək olmaz. Sadəcə o dəqiqələrdə böyük ehtimalla əsəbiləşmişdi. “Neftçi” azarkeşləri Medinaya nalayiq ifadələr işlətmişdi. Bu da təsir etdi. Amma hər bir halda futbolçulara demişəm ki, oyunlarda belə hallar çox olur. Hər insan nə edirsə, özünə edir. Hamı fikirləşməlidir ki, futbol kollektiv oyundur. Daha dəqiq, daha səlist oynamaq lazımdır. Medina öz cəzasını özü verdi. Neçə oyun buraxacaq, cəzalanacaq. 10 nəfərlə qalib gəldik. Belə qələbələrin başqa dəyəri var. Futbolçuların xarakterində, oyundan qopmamasında çox köməyi olur”.

Избранный
99
12
msport.az

9Источники