RU

Bakıda ata və azyaşlı övladı yol qəzasında ölüb

Bakıda

Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az
“Report”-a istinadla bildirir ki, qəza paytaxtın Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb.

1988-ci il təvəllüdlü Məmmədov Ramil Saleh oğlu idarə etdiyi “BYD” markalı maşınla hərəkətdə olan zaman “Jeely” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində sürücü R. Məmmədov və onun iki yaşlı qız övladı hadisə yerində ölüb.

Həyat yoldaşı isə aqonal vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Hazırda qadının vəziyyəti ağır olaraq qalır. Qəza ilə bağlı araşdırma aparılır.
Избранный
28
28
reyting.az

10Источники