Niderland ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsini nəzərə alaraq öz yanaşmasına yenidən baxmalı və milli maraqları birinci yerə qoymalıdır.
“İki sahil” xəbər verir ki, bu fikri TASS-a müsahibəsində Niderlandın ifrat sağçı “Demokratiya Forumu” partiyasından olan deputat Gideon van Meyeren deyib.
"Niderland uzun müddətdir ki, ABŞ-ın xarici siyasət, müdafiə və iqtisadi qərarlardakı liderliyindən sonra sadiq vassalı olub. Lakin Trampın dövründə ABŞ transatlantik nəzarətin köhnə strukturlarını saxlamaqda maraqlı olmayacaq".
Buna görə də deputat hesab edir ki, ölkəsinin hakimiyyət orqanları “Vaşinqtonu kor-koranə izləmək” əvəzinə öz yanaşmalarına yenidən baxmalı və istər enerji siyasətində, istər ticarət razılaşmalarında, istərsə də NATO-dakı rol kontekstində Niderlandın maraqlarına üstünlük verməlidir.
"Niderland bu anı real suverenlik üçün fürsət kimi dəyərləndirməlidir", - deyən van Meyeren vurğulayıb: “Əgər biz köhnəlmiş Aİ-NATO paradiqmasında qalsaq, çoxqütblüliyə doğru sürətlə irəliləyən dünyada geridə qalmaq riski ilə üzləşirik”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”