RU

Ötən il Azərbaycanda zorakılığa məruz qalan qadın və kişilərin sayı açıqlandı

Bakı. Trend:

2024-cü il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinə məişət zorakılığı ilə bağlı 594 müraciət daxil olub, 108mühafizə orderi verilib.

Trend xəbərverir ki, bu məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinin 2024-cü il üzrə hesabatında öz əksini tapıb.

Hesabata əsasən, daxil olan müraciətlərdə fiziki zorakılıq üzrəşikayətlər üstünlük təşkil edib və şikayət edənlər zorakılığın birneçə növünə məruz qalıb.

Qeyd edilib ki, müraciət edənlərin əksəriyyəti əri (230), yaxınqohumu (211) və keçmiş əri (113) tərəfindən zorakılığa məruz qalıb.Zorakılıq törədənlərin 555 nəfəri kişi, 252 nəfəri qadındır.

Zorakılığa məruz qalanların 534-ü qadın, 52-si kişidir.

Избранный
43
2
az.trend.az

3Источники