RU

“Əqrəb mövsümü” vəkillərlə üz-üzə: Ssenaristdən reaksiya

Son günlər İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV kanalı) efirində yayımlanan “Əqrəb mövsümü (İki dünya bir olsa da)” serialında vəkillik peşəsinə qarşı səsləndirilən ifadələr səs-küyə səbəb olub. 

Sözügedən serialın 08.02.2025-ci il və 15.02.2025-ci il tarixlərində yaymlanan bölümlərində film personajının dildən səsləndirilən “oğraş vəkil” ifadəsi narazılıq yaradıb.

Yenisabah.az xəbər verir ki, serialın ssenaristi, aktyor Azər Aydəmir məsələyə reaksiya verib:

“Azərbaycan kinosu uzun illər senzuradan, ifadə və bədii azadlığın məhdudlaşdırılmasından əziyyət çəkib. Biz cəmiyyəti maraqlandıran mövzulara, plüralizm və ifadə azadlığını kinomuza, televiziyamıza təzə-təzə gətirmək istəyirik. Bu da müxtəlif qurumlar tərəfindən birmənalı qarşılanır və narahatlıq doğuran bir faktdır. Onu da deyim ki, bu cür yanaşmanızla bir Azərbaycan vətəndaşı olaraq gələcəyə olan ümidlərimi sarsıdırsınız. Mənim canlandırdığım qəhrəman – Rauf Eyvazov müstəntiqdir. Mövcud vəziyyətdə istintaq aparır. Sizcə, o, istintaqı düzmü aparır? Məsələlərə obyektiv yanaşırmı? Yüksək peşəkarlıq nümayiş etdirirmi? Polis personajı düz qərarlar qəbul edirmi? Təbii ki, yox. Siz axı hüquqşünassınız. Siz bunları sıravi tamaşaçıdan daha tez sezməlisiniz”.

Aktyor qeyd edib ki, vəkillərlə hər hansı şəxsi-qərəzliyi yoxdur və onları sevir:

“Bu, sadəcə, bədii aynadır. Kinodur yəni…Hörmətli vəkillər, sizi sevirik və hüquq sistemimizin ayrılmaz hissəsi olduğunuzu qəbul edirik. Amma bu emosiyalar heç bir halda şəxsinizə qarşı yönələ bilməz. Bu, sadəcə, absurddur!”

 


Telegram kanalımız
Избранный
24
1
yenisabah.az

2Источники