Qadın boksçulardan ibarət Azərbaycan milli komandasında yeni baş məşqçi təyinatı rəsmiləşib.
Bizim.Media xəbər verir ki, yığma İlkin Ağayevə həvalə edilib.
Onun qarşısına qadın boksunun inkişafı, beynəlxalq arenada uğurlu çıxış məqsədi qoyulub.
Qeyd edək ki, 36 yaşlı İlkin Ağayev boksçu karyerasında yeniyetmələr arasında dünya birinciliyinin qızıl və gümüş medalçısı olub, Avropa birinciliyində finala kimi yüksəlib. Dəfələrlə Azərbaycan çempionu və beynəlxalq turnirlərin qalibi adını qazanan gənc mütəxəssis 2017-ci ildən məşqçi kimi fəaliyyət göstərir.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта