RU

İsveç Ukraynaya sülhməramlılar göndərə bilər

İsveç lazım gələcəyi təqdirdə, Ukrayna ərazisinə sülhməramlı qoşun göndərməyi istisna etmir. Bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard "Sveriges Radio"nun efirində bildirib.

“Biz beynəlxalq hüquqa və Ukraynaya hörmət edən ədalətli və davamlı sülhə razı olmalıyıq. Biz bu sülhə nail olandan sonra onun qorunub saxlanmasını təmin etməliyik. O zaman məlum mövzuda heç nəyi istisna etməyəcəyik”, - nazir qeyd edib.

İsveçin baş naziri Ulf Kristersson da bildirib ki, müvafiq razılaşmalar əldə olunarsa, Ukraynaya sülhməramlıların göndərilməsi mümkündür.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Избранный
108
9
news365.az

10Источники