RU

Tanınmış uşaq yazıçısı Zahid Xəlilin məktəblilərlə görüşü keçirilib

 
Fevralın 17- si Xətai Rayonunda yerləşən Mübariz Nəcəfov adına 86 nömrəli orta məktəbdə 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə “Doğma dilim Ana dili” adlı tədbir keçirilib.
 
Tədbir çərçivəsində tanınmış uşaq yazıçısı, filologiya elmləri doktoru, professor Zahid Xəlilin şagirdlərlə görüşü təşkil olunub. Tədbirdə filologiya elmləri doktoru, millət vəkili Elnarə Akimova, Xətai Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və  Humanitasr Məsələlər üzrə şöbəsinin müdiri Pənah İmanov, məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbirdə 44 günlük müharibədə canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Günel Səmədova  əvvəlcə qonaqları salamlayıb və Ana dilinin əhəmiyyətindən danışıb. Millət vəkili Elnarə Akimovaöz çıxışında  ana dilinin qorunması və təbliğində rol oynayan amillərə diqqət çəkib və  dilimizin saflığının qorunmasında uşaq ədəbiyyatının xüsusi rolu olduğunu vurğulayıb. Zahid Xəlilin zəngin yaradıcılığından söhbət açan Elnarə Akimova şairin 44 günlük müharibəyə həsr olunmuş “Dəmir Yumruq” dastanından bəhs edib və sözügedən kitabı uşaq ədəbiyyatına dəyərli töhvə kimi qiymətləndirib. Xətai Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və  Humanitasr Məsələlər üzrə şöbəsinin müdiri Pənah İmanov məktəblərdə bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirdiyini vurğulayıb və bu cür görüşlərin şagirdlərin yaddaşında əvəzolunmaz iz qoyduğunu qeyd edib. 
 
 Tədbirin bədii hissəsində məktəbin istedadlı şagirdlərinin ifasında bir-birindən maraqlı kompazisiyalar, musiqi və rəqs nömrələri təqdim olunub. Zahid Xəlilin “Yeddirəngli muncuq” şeiri və Sevinc Nuruqızının  “Ağabəyim Ağa”  hekayəsi əsasında  hazırlanmış səhnəciklər, .ah İsmayıl Xətai kompazisiyası tədbir iştirakçıları və qonaqlar tərəfindən maraqla qarşılanıb.  Daha sonra Zahid Xəlil şagirdlərin ünvanladığı maraqlı sualları cavablandırıb. Tədbirin sonunda görüşdən  məmnunluğunu ifadə edən Zahid Xəlil şagird və müəllim kollektivi ilə xatirə fotoru çəkidirib.
 
 
 
 
 
 
 
Избранный
85
moderator.az

1Источники