RU

Torontoda Delta Hava Yollarına məxsus təyyarə qəzaya uğrayıb

Delta aviaşirkətinə məxsus təyyarə Kanadada Toronto hava limanında qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Məlumata görə qəza nəticəsində azı 8 nəfər xəsarət alıb. İlkin məlumata görə ekipaj üzvləri və sərnişinlərin hamısı sağdır.

Telekanalın məlumatına görə, hadisə təyyarənin enməsi zamanı baş verib. Belə ki, düzgün eniş edə bilməyən təyyarə arxası üstə çevrilib.

Modeli açıqlanmayan təyyarənin ABŞ-nin Minneapolis şəhərindən uçduğu bildirilir.

Избранный
40
5
apa.az

10Источники