RU

“Bu razılaşmanı tanımayacağıq” - Zelenski

Ukrayna nümayəndələri Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndə heyətlərinin görüşündə iştirak etməyəcək.

“Qafqazinfo” UNIAN-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Ukrayna bu barədə heç nə bilmirdi. Rəsmi Kiyev Ukrayna olmadan ölkəmiz haqqında istənilən danışıqları nəticəsi olmayan danışıqlar kimi qiymətləndirir və biz olmadan haqqımızda istənilən şeyləri və ya istənilən razılaşmaları tanıya bilmərik. Belə danışıqları tanımayacağıq”, - deyə Zelenski bildirib.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov ABŞ nümayəndələri ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gediblər.

Избранный
12
3
qafqazinfo.az

5Источники